Şamaxıda 3 otaqlı ev yanıb
    • 19-10-2019, 19:56
    • 759

Şamaxıda 3 otaqlı ev yanıb

Şamaxı rayonunda evdə yanğın olub.

News24.az Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, rayonda ümumi sahəsi 70 m² olan birmərtəbəli 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və dam örütüyü 35 m² sahədə yanıb. 

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.