Abşeronda ev yandı
    • 7-02-2020, 00:24
    • 1 048

Abşeronda ev yandı

Abşeron rayonunda fərdi yaşayış evində yanğın baş verib.

News24.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğın zamanı ümumi sahəsi 150 m² olan birmərtəbəli 4 otaqlı evin 2 otağı və içərisindəki əşyalar 80 m² sahədə və çardağının yanar konstruksiyaları yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.