Bakıda avtomobildən külli miqdarda PUL OĞURLANDI
    • 18-05-2020, 09:37
    • 680

Bakıda avtomobildən külli miqdarda PUL OĞURLANDI

Bakıda avtomobildən külli miqdarda pul oğurlanıb.

News24.az xəbər verir ki, hadisə mayın 14-də Nəsimi rayonu “28 May” küçəsində baş verib. Bakı şəhər sakini F.Məmmədova məxsus “Mercedes” markalı avtomobildən 36 min dollar pul oğurlanıb.

Nəsimi rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən Qubadlı rayon sakini, əvvəllər zorlamaya görə məhkum olunan Alqayıt Hacıyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır. /trend.az/