Bakıda qadının avtomobilindən 5 min dollar oğurlandı
    • 15-08-2019, 12:50
    • 726

Bakıda qadının avtomobilindən 5 min dollar oğurlandı

Bakıda avtomobildən oğurluq olub. 

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən News24.az-a verilən məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində avqustun 13-də Bakı şəhər sakini T.Əliyevaya məxsus avtomobildən 5000 ABŞ dolları oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini E. Hüseynov saxlanılıb.