Keçmiş məhkum avtomobildən 5500 manat OĞURLADI
    • 3-02-2020, 12:03
    • 701

Keçmiş məhkum avtomobildən 5500 manat OĞURLADI

Bakıda avtomobildən 5500 manat oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Belə ki, Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 29-da rayon ərazisində “Fiat” markalı avtomobildən içərisində 5500 manat və sənəd olan pulqabı oğurlamaqda şübhəli bilinən Lənkəran rayon sakini, əvvəllər məhkum olunmuş O.Quluzadə saxlanılıb.