Bakı, Sumqayıt və Abşeronda quraşdırılmış POSTLAR GÖTÜRÜLDÜ
    • 18-05-2020, 10:01
    • 889

Bakı, Sumqayıt və Abşeronda quraşdırılmış POSTLAR GÖTÜRÜLDÜ

“Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda quraşdırılmış xüsusi polis postları götürülüb”.

 Bunu News24.az-a açıqlamasında Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki, həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər: "Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.

Afaq Mirayiq