Bakıda ağır zəncirvari yol qəzası - VİDEO
    • 27-09-2018, 13:05
    • 824

Bakıda ağır zəncirvari yol qəzası - VİDEO

"Sabunçu dairəsi" yaxınlığında BNA-nın 43021 eyniləşdirmə nömrəsi olan avtobusu, "Qazel" markalı yük maşının və iki "vaz 2106" markalı avtomobilin iştirakı ilə ağır yol nəqliyyat hadisəsi baş verib. 

Əraziyə dərhal YPX, PPX əməkdaşları və 2 Təcili Tibbi Yardım briqadası cəlb edilib. Hadisə nəticəsində ağır yaralıların olduğu bildirilir. 

Qeyd edək ki, sözügedən ərazidə ciddi tıxac müşahidə olunur. 

News24.az hadisə yerindən görüntüləri təqdim edir: