Bakida dəhşətli qəza: Azyaşlı uşaqlar arxa qapıdan düşdü – Video
    • 25-06-2018, 15:20
    • 1 166

Bakida dəhşətli qəza: Azyaşlı uşaqlar arxa qapıdan düşdü – Video

Bakı şəhəri, Xətai rayonunda yerləşən Nobel prospektində ağır yol nəqliyyat hadisəsi qeydə alınıb.

Hadisə yerüstün keçidin yaxınlığında, Asiman şadlıq sarayının qarşı hissəsində baş verib. Belə ki, “Mazda” marakalı minik avtomobili “Mercedes S-class” markalı avtomobili arxa nahiyədən vuraraq yoldan çıxardıb və nəticədə “Mazda” markalı avtomobilin arxa qapıları açılıb. Arxa oturacaqlarda oturan iki azyaşlı uşaq isə nəqliyyat vasitəsindən düşərək xeyli məsafədə sürütlənib.


Daxil olan məlumata görə əraziyə təcili tibbi yardım əməkdaşları gəlsələr də azyaşlıların vəziyyəti ağır olub.

News24.az bizimyol.info-ya istinadən qəzadan çəkilən görüntüləri təqdim edir.