Sabahın havası: yağış yağacaq, ŞİMŞƏK ÇAXACAQ
    • 18-05-2020, 12:45
    • 714

Sabahın havası: yağış yağacaq, ŞİMŞƏK ÇAXACAQ

Mayın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı,  arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az-a bildirilib ki,  gecə və səhər bəzi yerlərdə duman olacaq, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturu Abşeronda gecə 11-14° isti, gündüz 21-25° isti, Bakıda gecə 12-14° isti, gündüz  22-24° isti olacaq.

Atmosfer  təzyiqi 766 mm civə sütunu təşkil edəcək. 

Nisbi rütubət  70-80 %, gündüz 40-45% olacaq.   

Tibbi-meteoroloji proqnoz:

Mayın 19-20-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişlidir.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, lakin bəzi dağlıq rayonlarda şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Dolu düşəcəyi ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 12-17° isti, gündüz 25-30° isti, dağlarda gecə 6-11° isti, gündüz 15-20° isti olacaq.