-
- 18-05-2020, 16:04
- 647
Yanvar-mart aylarında 421 yol qəzası baş verib, 181 ÖLÜ, 378 YARALI
Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 2020-ci ilin yanvar-mart aylarında avtomobil yollarında baş vermiş yol-nəqliyyat hadisələrinin statistikası açıqlayıb.
News24.az xəbər verir ki, statistikaya görə, 2020-ci ilin yanvar-mart aylarında 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub.
Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.
Bütün yol-nəqliyyat hadisələrinin 47,3 faizi nəqliyyat vasitələrinin və piyadaların, 34,7 faizi bir neçə nəqliyyat vasitəsinin, 18,0 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə baş verib.
News24.az xəbər verir ki, statistikaya görə, 2020-ci ilin yanvar-mart aylarında 421 və ya 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 12,6 faiz çox yol-nəqliyyat hadisəsi baş verib, bu hadisələr nəticəsində zərər çəkən şəxslərin sayı 15,5 faiz artaraq 559 nəfər olub.
Onlardan 181-i həlak olub, 378-i isə yaralanıb. Hadisələrin 35,4 faizi gündüz, 39,4 faizi gecə, 25,2 faizi isə toran vaxtı baş verib, 30,9 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
Yol-nəqliyyat hadisələrinin 88,8 faizi yaşayış məntəqələrində baş vermiş, bu hadisələr nəticəsində həlak olanların sayı ötən ilin müvafiq dövrünə nisbətən 33,0 faiz artaraq 133 nəfər, yaralananların sayı 5,4 faiz artaraq 350 nəfər olub.
Yol-nəqliyyat hadisələrinin və zərərçəkənlərin sayı
Göstəricinin adı | 2020-ci ilin yanvar-mart aylarında | 2019-cu ilin yanvar-mart aylarına nisbətən, faizlə |
Bütün yol-nəqliyyat hadisələri – cəmi | 421 | 112,6 |
Məkanına görə: | ||
magistral avtomobil yollarında | 47 | 117,5 |
yaşayış məntəqələrində | 374 | 112 |
İşıqlılıq vəziyyətinə görə: | ||
gündüz vaxtı | 149 | 92 |
toran vaxtı | 106 | 143,2 |
gecə vaxtı | 166 | 120,3 |
Yol örtüyünün vəziyyətinə görə: | ||
quru yol örtüyü | 390 | 112,1 |
digər (yaş, buz və s.) | 31 | 119,2 |
Zərərçəkənlərin sayı, nəfər | 559 | 115,5 |
həlak olanlar | 181 | 127,5 |
yaralananlar | 378 | 110,5 |