-
- 18-05-2020, 18:09
- 1 149
"Evdə oturmaqdan bezmişdik"- 65 yaşlıların həsrəti bitdi- VİDEOREPORTAJ
Bu gün koronavirus pandemiyası ilə bağlı həyata keçirilən tədbirlərlə bağlı karantin şərtlərinin bəziləri yumşaldıldı.
Bununla da həm bağlı olan parklar, bulvar və istirahət mərkəzləri yenidən sakinlərin istifadəsinə verildi, həm də yaşı 65-dən yuxarı olan şəxslərin yaşayış yerlərini tərk etməsinə qoyulan məhdudiyyət aradan qalxdı.
News24.az olaraq Səməd Vurğun parkında apardığımız çəkiliş zamanı yaşı 65 –dən yuxarı olan Bakı sakini Səməd Rüstəmov həm yaşayış yerini tərk etmə ilə bağlı qadağanın aradan qalxmasına, həm də parkların açılmasına görə sevindiyini bildirdi: “İki aydan çoxdur ki, evdən çıxa bilmirdim. Bu da mənim səhhətimə pis təsir edirdi. Biz yaşlılar hərəkət etməsək, havaya çıxmasaq, daha tez xəstələnərik”.
Sahil bağında həmsöhbət olduğumuz növbəti sakin isə karantin zamanı evdə oturmaqdan çox sıxıldığını və darıxdığını dilə gətirib: “Evdə qaldığım bu müddətdə çox darıxdım. Qohumlar, dostlar, bir də yaşıllıq üçün”.
İnsanların gəzmək üçün sevimli məkanlarından olan Bakı Bulvarı sakinlərin istifadəsinə verilən məkanlardan biridir.
Bulvarda təmizlik işlərinin aparıldığına şahid olduq. Tökülən yarpaqlar süpürülür, fəvvarələr təmizlənirdi.
Bulvarda da digər parklarda olduğu kimi 10 nəfərdən artıq şəxsin bir arada gəzməsi qadağandır. Eyni zamanda burada fəaliyyət göstərən gəzinti gəmiləri, qatarlar, attraksionlar və idman qurğuları da hələlik fəailiyyət göstərməyəcək.
Karantin rejiminin yumşaldılması restoranların işində də aydın görünür. Onların da fəaliyyəti bərpa olunub. Paytaxtın mərkəzi küçəsi olan “Tarqovı”da yerləşən restoranlardan bildirilib ki, ilk gün olduğuna görə, təlabat o qədər də çox deyil. Həmçinin vurğulanıb ki, məkanda sosial məsafəyə riayət ediləcək.
Teymur Məmmədov
Video: Nurlan GM