Ordumuz bu əraziləri azad etdi - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR
    • 27-09-2018, 16:00
    • 776

Ordumuz bu əraziləri azad etdi - İrəvanın sirlərini açan erməni kəşfiyyatçıdan SENSASİYALI SÖZLƏR

Ermənistan xüsusi təyinatlı kəşfiyyat-diversiya dəstəsinin banisi Vova Vartanov Azərbaycan Ordusunun Naxçıvan istiqamətində neytral ərazi üzrə irəlilədiyini açıqlayıb.

“İravunk” qəzetində müsahibəsində erməni kəşfiyyatçı Azərbaycan Ordusunun cəbhədə vəziyyətə nəzarət etdiyini, yavaş-yavaş irəlilədiyini etiraf edib.

- Naxçıvan cəbhəsində baş verənlər cəmiyyət üçün anlaşılmaz olaraq qaldı. İnsanları Naxçıvan cəbhəsinə apardılar, göstərdilər ki, hər şey yaxşıdır. Amma ekspertlər Azərbaycanın irəlilədiyi haqqında danışırlar.

- Naxçıvan cəbhəsinə nümayəndə heyəti aparanda məni dəvət etmədilər. Çünki bilirdilər mən reallığı danışacam. Bəli, vəziyyət həyəcanlıdır, 100 faiz narahatlıq var. Azərbaycan mövqelərini irəli çəkdi, lakin bununla həm də İrəvan-Mehri yolunu nəzarətə götürdülır. Hansı ki, bu yolu havaya pilotsuz təyyarələr qaldırmadan artilleriya ilə vura bilərlər. Yəni Azərbaycan Ordusu erməni qoşunlarının hərəkət etdiyi, silah-sursat daşındığı yolu nəzarətə götürüb. Bütün bunlar narahatlıq yaratmırmı?
- Azərbaycan Ordusu Naxçıvan cəbhəsində təxminən nə qədər ərazini nəzarət altına götürüb?

- Areni kəndini... Lakin mən bunu açıqlayıb narahatlıq yaratmaq istəmirəm. Əgər vəziyyət sakitdirsə, hələ ki problem yoxdur. İndi ara-sıra atəş səsləri eşidilir. Lakin gələcəkdə irihəcmli əməliyyat başlayacaqsa, bu, ciddi problemlər yaradacaq. Çünki Azərbaycan Ordusu Zəngəzura gedən yolları nəzarətə götürüb.

- “Aprel müharibəsi”ndə Azərbaycanın 800 hektar ərazini (əslində 2 min hektar ərazi - red.) azad etdiyi deyilir. Bu fakt sonradan açıqlandı. Mümkündür ki, bir müddət sonra Azərbaycanın Naxçıvan istiqamətində yüzlərlə hektar ərazini azad etdiyi açıqlanacaq?

- Orada nəsə qeyri-müəyyənlik var, biz tam dəqiq bilmirik. Lakin onu dəqiq bilirəm ki, rəqibin mövqelərini məhv etməliyik, əks təqdirdə Naxçıvan istiqamətində erməni ordusunun bütün hərəkəti onun nəzarəti altında qalacaq.

- Naxçıvan cəbhəsində məğlubiyyətimizin səhvi kimdədir?

- Birmənalı olaraq, Müdafiə Nazirliyində. Müdafiə Nazirliyi Azərbaycanın istehkam-mühəndis işlərinə barmaqarası yanaşdı. Nəticəsi də ortadadır.

//publika.az