Yeni texnoloji inqilab -Özüyeriyən ayaqqabılar - VİDEO
    • 27-09-2018, 17:05
    • 891

Yeni texnoloji inqilab -Özüyeriyən ayaqqabılar - VİDEO

Avtomobil istehsalçısı “Nissan” öz-özünü park edən tərlik icad edib.

News24.az xəbər verir ki, Yaponiyada  bir oteldə istifadəyə verilən tərliklər, insanların marağına səbəb olub. Əvvəllər avtomatik park edən avtomobillər diqqət mərkəzində idi, indi isə avtomatik tərliklər. Yapon avtomobil şirkəti “Nissan”, texnologiya sahəsindəki sərmayələrini bu dəfə fərqli şəkildə göstərərək ProPilot Park adlı öz-özünə hərəkət edən, park edən tərlik istehsal edib etdirib. Tərliklərin tezliklə geniş alıcı kütləsi üçün istehsalı da nəzərdə tutulur.

Şəlalə Ağayeva