"Nissan” istehsal etdiyi avtomobillərdə saxtalaşdırmaya yol verib
    • 9-07-2018, 17:50
    • 1 023

"Nissan” istehsal etdiyi avtomobillərdə saxtalaşdırmaya yol verib

“Nissan”ın Yaponiyadakı 5 müəssisəsində saxtalaşdırma faktları ilə bağlı məlumatlar aşkarlanıb.

News24.az Rusiya KİV-lərinə istinadən məlumat  verir ki, şirkət Yaponiyada satılan 900 ədəddən çox minik avtomobilindəki göstəricilərin saxta olduğunu etiraf edib.

 Şirkət əməkdaşları  "Nissan" markalı avtomobillərin yüksək ekoloji göstəriciyə malik olduğunu vurğulamaq üçün  havaya atılan tullantıların və texniki baxışın final mərhələsində avtomobilin qənaətcilliyi barədə olan göstəricilərinin nəticələrini dəyişiblər. Yerli bazar üçün nəzərdə tutulan və sınaq müddətində olan daha 700 avtomobilin problemli olduğu bildirib.

Bu, artıq son bir il ərzində “Nissan” şirkəti ilə bağlı yaranan ikinci qalmaqaldır.

Bu məlumatlardan sonra “Nissan”ın səhmlərinin qiyməti birdən-birə 4,6% ucuzlaşıb.

İlhamə