21 yaşlı tələbə qızın müəmmalı ölümü -FOTO
    • 27-09-2018, 16:35
    • 1 095

21 yaşlı tələbə qızın müəmmalı ölümü -FOTO

"Sağlam Düşüncə" Gənclər Təşkilatının İdarə heyətinin üzvü Zeynəb Vəlizadə 21 yaşında vəfat edib. Hadisə Gürcüstan Respublikasında baş verib.

 Belə ki, xanım Vəlizadə qonşu ölkədə keçirilən təlimdə iştirak etmək üçün oraya gedib.

Ötən gün axşam saatlarında Z.Vəlizadənin vəziyyəti qəfil pisləşib və onun həyatını xilas etmək olmayıb.

Gənc qızın hansı səbəbdən dünyasını dəyişdiyi bilinmir.

Qeyd edək ki, Z. Vəlizadə 1997-ci ildə Sumqayıt şəhərində anadan olub. Bakı Mühəndislik Universitetin(keçmiş "Qafqaz”) tələbəsidir.

//Xəbərlər.com