Bakıda keçirilməli olan Avropa çempionatı LƏĞV OLUNDU
    • 21-05-2020, 11:08
    • 2 179

Bakıda keçirilməli olan Avropa çempionatı LƏĞV OLUNDU

Ümumdünya Karate Federasiyası (WKF) Tokio-2020 Yay Olimpiya Oyunları üçün təsnifat sistemində dəyişiklik edib. 

Olimpiadanın təxirə salınması səbəbindən karate yarışlarında təsnifat sisteminin yenilənməsi məqsədəuyğun sayılıb.

Bundan başqa 25 - 29 martda Bakıda keçirilməli olan karate üzrə Avropa çempionatı ləğv olunub. Yarışda verilməli olan lisenziya xallarının 2021-ci ildə İsveçin Göteborq şəhərində təşkil olunacaq analoji turnirdə bölüşdürülməsinə qərar verilib.

Qeyd edək ki, Avropa çempionatı koronavirus pandemiyası səbəbindən təxirə salınıb.  /Report/