-
- 21-05-2020, 15:33
- 1 098
May ayı üzrə ünvanlı sosial yardımlar da ÖDƏNİLDİ
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu gün may ayı üzrə ünvanlı dövlət sosial yardımlarının da ödənişi həyata keçirilib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən News24.az-a verilən məlumata görə, sosial yardım üzrə vəsaitlər həmin yardımı alan ailələri təmsil edən şəxslərin hesablarına köçürülüb.
Beləliklə, karantin dövründə pensiya, müavinət, təqaüd və kompensasiyalar kimi, ünvanlı dövlət sosial yardımlarının da vaxtından daha tez ödənilməsi təmin edilib.
Hazırda 83 min ailə (350 min ailə üzvü) ünvanlı sosial yardım alır və hər ailəyə ayda orta hesabla 224 manat ödənilir.