-
- 21-05-2020, 20:11
- 3 992
Azərbaycanda 33 yaşlı polis serjantı EVİNDƏ ÖZÜNÜ ASDI - ÖZƏL - FOTO
Bakıda Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayının polis əməkdaşı özünü yaşadığı evdən asaraq intihar edib.
News24.az-a etibarlı mənbədən daxil olan məlumatda bildirilib ki, hadisə ötən gün, saat 18:00 radələrində baş verib.
33 yaşlı Rafiq adlı polis serjantının intihar etməsinin səbəbi kimi külli miqdarda borcunun olması əsas gətirilir.
Məlumatda bildirilib ki, Rafiq evin tək oğlu olub və atasının ili yenicə çıxıb. Son zamanlar borclu olduğu insanların Rafiqi sıxdıqları və o məhz bu haldan narahat olaraq canına qəsd etdiyi də məlum olub.
33 yaşlı Rafiq intihar etdiyi gün xidmətdə olub və evə gedib yenidən xidmətə qayıtmaq adıyla icazə alaraq, evində özünü asıb.
O da məlum olub ki, Rafiq 2012-ci ildən polis işləyib və subay olub. Saytımıza daxil olan məlumatda Çevik Polis Alayının Xətai Rotasının işçisi olan Rafiqin həmkarlarından birinə də borcu olduğu yer alıb. Deyilənlərə görə, Rafiqin ümumi hesabla 36 min manat borcu olub. Borcuna görə, əvvəl evini satmaq istəyib, sonra bu fikrindən vaz keçib.
Onun borclanmasına səbəb mərc oyunları olub. Mərhum polis atasının yanında, Ucar rayonunda dəfn olunub.
Məlumatın təsdiqi üçün Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi, polis-polkovniki Ehsan Zahidovla əlavə saxladıq. Ehsan Zahidov News24.az-ın əməkdaşına 10 dəqiqədən sonra cavab verəcəyini desə də, daha sonra telefonuna zəng çatmayıb.