Bakalavrlar üçün nəzərdə tutulan qəbul planı TƏSDİQLƏNDİ
    • 21-05-2020, 20:00
    • 607

Bakalavrlar üçün nəzərdə tutulan qəbul planı TƏSDİQLƏNDİ

2020/21-ci tədris ilində Azərbaycanda ali təhsil müəssisələri (bakalavriatura) üçün nəzərdə tutulan qəbul planı təsdiqlənib.

News24.az
xəbər verir ki, Nazirlər Kabinetinin (NK) mətbuat katibi İbrahim Məmmədov ali məktəblərin 2020/2021-ci tədris ili üçün qəbul planı ilə bağlı Sərəncamın olduğunu  təsdiqləyib.

O, bildirib ki,  ali məktəblərin bakalavr pilləsinə  49 449 plan yeri ayrılıb. Bunlardan 21 934 yer dövlət sifarişlidir.