-
- 22-05-2020, 00:33
- 1 058
Mumiya tabutlarının örtüldüyü qara maddənin tərkibi AŞKARLANDI
Böyük Britaniya alimləri qədim Misirdə mumiyaların tabutlarının örtüldüyü maddənin tərkibini aşkar ediblər.
News24.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb. Məlumatda bildirilir ki, mütəxəssislər tədqiqat aparmaq üçün eramızdan əvvəl 1300-750-ci illər arasında taxta sarkofaq üzərində 100 sərtləşdirilmiş materialdan nümunə götürüblər. Tabutun üzərindəki qara yapışqanlı örtüyün bitki yağı, heyvan yağı, ağac yapışqanı, arı mumu və bərk xam neftdən hazırlandığı məlum olub.
Britaniya Muzeyinin tədqiqatçısı Keyt Fulçer mumiyaların qara maddə ilə örtülməsinin səbəbini yenidən doğulma tanrısı Osirislə bağlı olduğunu iddia edib. Tədqiqatçı oxşar maddənin əsasən sosial elitaların məzarlarında tapılmasını onun çətin əldə edilməsi ilə əlaqələndirib.