"Ikinci və ya üçüncü dalğanın olacağı sonrakı müddətdə bilİnəcək" ÜST
    • 22-05-2020, 10:05
    • 687

"Ikinci və ya üçüncü dalğanın olacağı sonrakı müddətdə bilİnəcək" ÜST

"Bu gün koronavirusla əlaqəli böyük dalğadan keçmiş kimiyik".

News24.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı REACT-C19 layihəsinin ilkin nəticələrinə dair keçirilən mətbuat konfransı deyib.

O bildirib ki, yumşalma tədbirlərindən sonra yoluxma sayında artım var:

"Lakin bunun ikinci və ya üçüncü dalğa olmasını sonrakı müddətdə geriyə baxdığımızda görə bilərik. Bu gün üçün əsas diqqət edilməli məqam sosial məsafə və gigiyenik qaydalara düzgün əməl edilməsidir".

ÜST rəsmisi qeyd edib ki, bu gün insanların virusa yoluxub-yoluxmadığını təyin edəcək testlər çıxıb:

"Hər bir ölkə bu gün üçün yeni test dəstləri almağa təşəbbüs göstərir. Azərbaycan streoloji testlər almağa da üstünlük verir. Laboratoriyaların sayı isə gün-gündən artır".