"Azərbaycanda  səhiyyə xidmətlərini müasirləşdirmək üçün..." - ÜST nümayəndəsi
    • 1-08-2019, 14:42
    • 1 056

"Azərbaycanda səhiyyə xidmətlərini müasirləşdirmək üçün..." - ÜST nümayəndəsi

Azərbaycan səhiyyə sisteminin, xüsusilə ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi üçün ciddi addımlar atır.

News24.az
-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı səhiyyə sistemində dəyişiklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün ölkəyə gəlmiş beynəlxalq missiyanın nəticələrinə dair tədbirdə deyib.

Onun sözlərinə görə, ÜST mütəxəssislərin köməyi ilə bu məsələdə ölkəyə yardım göstərməkdən qürur duyur.

H.Harmancı əlavə edib ki, ÜST-nin Azərbaycandakı nümayəndəliyi səhiyyə sistemində dəyişikliklərlə bağlı Azərbaycan hökumətini dəstəkləmək üçün mütəxəssislərdən ibarət missiyanı ölkəyə Azərbaycana səfər edib. Missiya ilkin səhiyyə xidmətlərini müasirləşdirmək və gücləndirmək üçün səy göstərir.

Afaq Mirayiq