-
- 22-05-2020, 17:13
- 6 070
“Yuxuda mələklər İlhamə Quliyevanı lənətləyirdi” – Fenomen Nuridə Qurbanova – MÜSAHİBƏ – VİDEO
Lap nağıllarda olduğu kimi, göy guruldadı, şimşək çaxdı,10 yaşında onu vuran ildırım bütün həyatını dəyişdi. Bəşər tarixində fərqli ömür sürən insanlar hər zaman maraq doğurub. Nostradamusdan tutmuş Vanqaya qədər adını bildiyimiz və bilmədiyimiz, kosmosla, zamanla, məkanla müxtəlif dərəcədə əlaqəsi və təması olan az sayda insan var ki, bu gün də bizi təəccübləndirə və heyrətləndirə bilir. Nuridə Qurbanova da Azərbaycanın Vanqası adlandırılır. Nuridə Qurbanova ilə müsahibədə çox məsələlərdən danışdıq, onun ümummilli lider Heydər Əliyevlə görüşündən, işğal olunmuş Azərbaycan torpaqlarının qayıtmasından, 10 yaşlı Nərminin qətlindən, eyni zamanda bütün dünyanı təlatümə salan koronavirus bəlasından...
Tanınmış parapsixoloq, kosmoenerget, ektsrasens Nuridə Qurbanovanın News24.az-a eksklüziv müsahibəsini təqdim edirik.
“Fərqlilik...”
- Salam Nuridə xanım, xoş gördük Sizi. İstərdim söhbətmizə uşaqlıq illərindən başlayaq. Uşaqlığınızla bağlı elə bir xatirəniz varmı ki, onu dəyişmək istəmisiniz?
- Uşaqlıq illərim, xatirələrim mənim həyatım və keçmişimdir. Həmin illərdə yaşantılarım çox ağır olub. 10 yaşımda məni ildırım vurub və bundan sonra 40 gün komada olmuşam. Bir il bu hadisəylə mübarizə aparmışam. Ondan sonra isə fərqli və qeyri-adi olduğumu daha yaxşı anladım. Bəzən öz-özümə deyirəm ki, kaş, mən də adi insan olaydım, amma sonra başa düşürəm ki, məni Allah seçib və çox nadir siyahıya daxil olmuşam. Uşaqlıq xatirələrimin hər birini çox gözəl xatırlayıram. Həyatımın acısı, sevinci, kədəri, bir sözlə hər bir şeyi ilə bu mənəm. Amma arada bu yükü daşımaq mənim üçün bir o qədər də asan olmur, çünki böyük məsuliyyətdir. Eyni vaxtda iki həyatı yaşamaq çox çətindir. Adi insanın məndən ən böyük fərqi odur ki, onlar mənim gördüklərimi görmür, eşitdiklərimi eşitmir, yaşadıqlarımı yaşamırlar. Allah mənə istedad və bioenerji bəhş edib. Məni ildırım vurandan sonra qəlbimin istiliyini daha çox hiss etməyə başlamışam. Gözəl auramla insanlara kömək etmək çox yaxşı hissdir. Bacardığım qədər Allahın mənə bəxş etdiyi enerjini insanlara ötürürəm.
- Fərqlənmək, seçilmək necə bir hissdir?
- Dinindən, milliyyətindən, yaşından asılı olmayaraq hər kəs mənim qeyri-adi olduğumdan danışır. Hətta tədbirlərin birində az yaşlı uşaq atasına mənimlə bağlı bir sual verdi: “Ata doğurdan da Nuridə xanım fərqlidir?” Mənimlə görüşənlər, telefonla söhbətləşənlər bundan sonra özlərini çox rahat hiss etdiklərini, bütün problemlərini unutduqlarını deyirlər. Hətta xəstə insanlar belə mənimlə həmsöhbət olandan sonra xəstəlikləri keçib gedib.Yəqin ki, bu qeyri-adiliyinin də səbəbləri var.Düzdür, bəzən çox çətin olur, amma buna baxmayaraq hər gün Allahıma şükr edirəm. İnanın ki, bu dünyaya gəlmək istəyən, amma hər hansısa səbəbdən doğulmayan, ana bətnində tələf olan o qədər insan var. Mən günəşi, səmanı, gözəllikləri, təbiəti, insanları görürəmsə, niyə də naşükür insan olum?
- Nuridə xanım, hər kəs ekstrasens ola bilərmi?
- Əslində, əgər, balaca istedadın və bacarığın varsa esktrasens ola bilərsən, amma hesab edirəm ki, fenomenlər dünyada tək-tükdürlər. Dəfələrlə müxtəlif görüşlərdə insanlar mənə müraciət edərək təkidlə deyiblər ki, “Nuridə xanım icazə verməyin ki, sizə ekstrasens desinlər, çünki siz fenomensiniz”.
“Ruhumun səyahətləri olur”
- 10 yaşındakı ildırımdan sonra 40 gün komada qaldığınızı bildirdiniz. Həyatınızı dəyişən bu hadisə ilə bağlı başqa nə xatırlayırsınız?
- Bir il bununla mübarizə apardım, qulaqlarıma pambıq qoyurdum, amma o belə mənə kömək eləmirdi. Göyün gurultusu, dənizin uğultusu, küləyin vıyıltısı... Mən bunları danışa-danışa o səhnələri yaşayıram. Bəlkə baxışlarım dəyişsə, dərinliyə getsəm siz məni anlayarsınız. Qurani-Kərimin, suların, çayların, bəzi heyvanların səsi gəlirdi. Hətta indi də ara-sıra bəzi görüşlərdə bu hallarla rastlaşıram. 40 gün komadan çıxandan sonra Quran əlifbasını sayıqlayırdım. O müddət ərzində tamamilə başqa aləmdə olmuşam. Valideynlərimin əllərindən öpürəm. Allahdan sonra məhz onlar mənim səcdələrim və qibləgahlarımdırlar. Onlara çox bağlı insanam. Valideynlərimə verdiyim əziyyəti atamın göz yaşında, hönkürtüsündə görürəm. Bunlara fikir verməmək üçün gözlərimi yumurdum, onda da təbiəti görürdüm, külək əsmirdi, amma onun səsini eşidirdim, fərqli dünyanın insanları ilə rastlaşırdım. Hətta indi də belə hallarla qarşılaşıram. Məsələn, insanlarla ünsiyyətdə olduğum məqamda bir anlıq başqa dünyaya gedib-gəlirəm, ağacın dibindəyəm, suyun yanındayam. Yatdığım yerdə baxıram ki, otağın digər küncündə ayaq üstəyəm, ruhum səyahətə çıxır. Əvvələr bu hadisələrlə üzləşmək mənim üçün xüsusi ilə də uşaqlıq dövrümdə çox çətin idi. 11 yaşımda olanda tez-tez bizə qonaqlar gəlirdi və məndən kömək istəyirdilər, halbuki, o yaşda özüm-özümü idarə edə bilmirdim. Ağlayırdım, anam da əsəbiləşirdi. Dərd, problem, xəstəlik nədir bilmirdim. Uşaqlıqda göz həkimi olmaq istəyirdim. Həmişə öz-özümə yalvarırdım ki, onlar gəlməsinlər, görməyim, eşitməyim. Hətta ruhum məndən azad olanda onu görüb eşidirdim, amma danışa bilmirdim. İnanın ki, 100 illik ömrüm olsa da qayıda bilməzdim.
- Bu hadisədən sonra orta təhsilinizi davam etdirdinizmi?
- Təəssüf ki, təhsilimin arxasınca gedə bilmədim. Uşaqlar dərsə gedib-gəlirdilər, amma mən bütün günü o aləmlərə qulaq asırdım, onlarla danışırdım. Ağlım başımda mükəmməl bir insan idim. Allah hər kəsə bir yol, ruzi verir. Bacardığım qədər insanları rahatlaşdırıb, mənfi auradan, depressiyadan çıxarmağa çalışıram.
“Şuşa geri qayıdacaq”
- Siz Şuşada anadan olmusunuz. Şuşanı necə xatırlayırsınız?
- Şuşanı xatırlamıram, mən onunla yaşayıram. Əgər Şuşanı xatırlasam, o zaman onu unutmuş olaram. Şuşa mənim üçün içdiyim su, yediyim yemək kimidir. O, mənim gülüşüm, kədərimdir.
- Sizcə, Şuşanı geri qaytarmaq mümkün olacaqmı? Biz Şuşanı görə biləcəyəkmi?
- Bəli. Milyon faiz əminəm ki, biz yenidən Şuşanı görə biləcəyik, amma bu siyasi mövzu olduğuna görə çox bu haqda danışmıram. Şuşanı geri qaytarmaq müddəti gecikə bildiyindən dəqiq vaxt deyə bilmirəm. Hətta düşünürəm ki, 2021-2022-ci illərdə bizim üç, dörd torpağımız geri qayıdacaq. Əsas odur ki, Cənab Prezidentimizin və vitse-prezidentimiz Mehriban xanımın canı sağ olsun. Çünki onlar xalqımızın qoruyucu mələkləridirlər. Onlar Vətənimizin ikinci günəşidir. Sayələrində ölkəmiz günü-gündən çiçəklənir və inkişaf edir. Sadəcə bir az səbr eləmək lazımdır.
“Heydər Əliyev mənə dedi ki, "icazə verməyin sizə ekstrasens desinlər, siz fenomensiniz” "
- Bildiyimizə görə, ümummilli lider Heydər Əliyevlə görüşünüz olub. Bu doğrudurmu?
- Mən Bakıya qayıdandan sonra “525-ci qəzet”in jurnalisti məndən müsahibə alıb gələcək planlardan danışdırmışdı. O zamanlar həm də Əli Ömərovun vaxtları idi. Mənim təxribat etdiyimi düşündüyündən adıma cinayət işi qaldırmışdı. Daha sonra Əli Ömərov məni yanına çağırıb dedi ki, siz insanların vəziyyətinin pis olduğunu, hətta bəzi torpaqlarımızın alınacağı haqda müsahibə vermisiniz. Düzdür, bu haqda jurnalistlə danışmışdım, amma belə yazacağından xəbərsiz idim. Bunlardan sonra ümumilli lider Heydər Əliyev məni yanına çağırdı. Danışığımızdan sonra o mənə bunu dedi: “Nuridə xanım icazə verməyin ki, sizə ekstrasens desinlər, çünki onların sayı çoxdur. Siz fenomensiniz”. O, zamanlar uzun xınalı saçlarım var idi, özüm də arıq qızcığaz idim. Görüşümüzdə kəlağayı, uzun don geyinmişdim, ayağımda isə nazik daban var idi. Heydər Əliyev mənə “tıq-tıq xanım, keçin oturun” dedi. (gülür) O, mənə çox köməklik göstərib. Daima ölkədən kənara çıxmağımı məsləhət görürdü. Hətta Heydər Əliyev bir dəfə mənə dedi ki, “Allah sənə üç gözəllik bəxş edib. Ağıl, gözəllik və gözəl qəlb”. O, əlimdə olan enerjimə, vergimə daim inanırdı. Mən onu peyğəmbər kimi qəbul edirdim. Bu gündə eyni fikirdəyəm. Heydər Əliyev fenomenlərin fenomeni, dahi şəxsiyyət olub. Belə şəxsiyyətlər dünyaya yüz ildə bir gələr. Heydər Əliyevin bu dünyadan köçməsi təkçə xalqımızı yox həmçinin məni də üzüb. Böyük itkidir. O, dünyasını dəyişəndə sanki öz valideynimi, əzizimi itirmiş qədər oldum. Mənim üçün çox ağır idi, göz yaşlarımı saxlaya bilmirdim.
- Sizi Şuşa ilə bağlayan Küskün ləqəbiniz var. Bəs, Şuşa geri qayıdandan sonra hansı ləqəbi götürəcəksiniz?
- Bəli, düzgün vurğuladınız. Şuşa qayıdandan sonra Nuridə Gülsün yazacağam. Vətən insanın canı, adı, təbiəti, əbədiyyəti, bəşəriyyətidir. Vətən hər şeydir.
- Olubmu ki, doğma insanınızı ölüm ayağından xilas etmisiniz?
- Bəli, doğma bacımı. Ürəyində su olduğuna görə ona 15 gün vaxt qoymuşdular. Çox pis vəziyyətdə idi, arıqlamışdı. Hətta qulağına səslər də gəlirdi. O zamanlar Moskvadaydım. Tez-tez mənə zəng edib ağlayırdı. Hətta mənə vergi veriləndə anamın əli iflic olub və o vaxtdan işləmirdi. Anam o vəziyyətdə bacıma iynə vurdu, çünki boğulurdu. O anda mənə deyildi nəyi necə etməliyəm ki, bacım yaşasın və elə də oldu. Dəhşətli idi. Qardaşım da şəhid olub. Mələklərə yalvarırdım ki, bacım ölməsin.
- Sizə Azərbaycanın “Vanqası” deyirlər. Özünüzü Vanqanın davamçısı hesab edirsinizmi?
- Mən Azərbaycanın Nuridəsi, Qarabağın incisiyəm. Hərdən bəzi dostlarım öz aramızda mənə Nurka da deyirlər (gülür).
- Koronavirus haqda nə deyə bilərsiniz? Bizi hansı sonluq gözləyir?
- Deyirlər ki, bu virus yarasadan keçib, amma elə deyil. Bu qonşu ölkədən keçirilmiş bir bəladır. Azərbaycan üçün böyük qorxu görmürəm, amma təxmini 20-25% itki görürəm. Özümüzü dualarla, güclü qidalanmaqla qorumalıyıq.
“Nərminin qatili İlkin deyil”
- Bir müddət öncə vəhşicəsinə qətlə yetirilən 10 yaşlı Nərminin qətli ilə bağlı nə deyə bilərsiniz?
- Övladlarım olduğuna görə özümə düşmən qazana bilmərəm. Etiraf edib övladlarımın həyatlarını riskə ata bilmərəm. Amma onun qatili İlkin Süleymanov deyil. Baxmayaraq ki, qatilin istiqamətindən kimliyini görə bilirəm. Nərminin ölümü mənim də yaddaşımda ağır itki kimi qaldı. Ancaq onu deyə bilərəm ki, Nərminin qətli başqa evdə olub. Haqq öz yerini tapacaq. Nərminə qarşı çox böyük zorakılıq, işgəncə olub. Bu əzabı pilləkənlərdən düşən yerdə, zirzəmidə, dəmir çarpayının üstündə görürəm.
- Rusiyada yaşayan, fəaliyyət göstərən Zirəddin Rzayevlə münasibətiniz necədir?
- Heç bir ekstrasenslə münasibətim yoxdur. Zirəddin bəyə bir insan kimi bildiklərinə, gördüklərinə görə hörmət edirəm. Ona estrasens yox, fenomen deyərdim. Heç məsləhət də görmürəm ki, ona ekstrasens desinlər.
- Bəzən falçılıqla ekstrassensliyi səhv salırlar...
- Nə ekstrasens, nə də falçıyam. Mən fenomenəm.
- Dediniz ki, vaxtı ilə uzun saçlarım olub, amma indi onlardan əsər-əlamət yoxdur...
- Moskvada olanda qəzaya düşdüm və ondan sonra saçlarımı kəsdilər. Məncə, qısa saç mənə daha çox yaraşır.
“Yuxuda mələklər İlhamə Quliyevanı lənətləyirdi”
- Mərhum İlhamə Quliyevanı da ölümündən öncə yuxunuzda gördüyünüzü eşitmişəm. Onu necə görmüşdünüz?
- Bəli. O vaxt ona “Facebook”da da yazmışdım ki, səni yuxuda görmüşəm. Yuxuda mələklər onu lənətləyirdi. Dedim ki, İlhamə xanım get tövbə sürəsini oxu bəlkə, Allah səni bağışlayar. Qara tunel görmüşəm. Hətta bu ismarıca bir kişi təhqirəmiz cavab yazmışdı. Amma mən səbr elədim və gördüyüm yuxunun da mənasını çox gözəl bilirdim. Ürəyi təmiz idi, pis insan olmayıb, amma xarakteri ucbatından ikili həyat tərzi yaşayıb. Qəlbi başqa, dili isə tamamilə fərqli şey deyirdi. Mənə zəng edib dedilər ki, İlhamə xanım sizə çox inanır və qorxur o səbəbdən də cavab vermir.
- Siz insanlara necə baxırsınız?
- Mən Quran açmıram, hər şeyi nəbzlə görüb deyirəm.
Ülkər Qasımova
Foto/Video: Fərid Şabanov