Mənzildə maye dolu qab partladı, 2 nəfər xəsarət aldı
    • 22-05-2020, 22:33
    • 768

Mənzildə maye dolu qab partladı, 2 nəfər xəsarət aldı

Mingəçevirdə bir mənzildə qaz sobasının üzərindəki maye dolu qabın partlaması nəticəsində ər və arvad yanıq xəsarətləri alıb.

News24.az xəbər verir ki, hadisə Nizami küçəsi 4A saylı binanın mənzillərindən birində qeydə alınıb.

Məlumata görə, gözlənilmədən soba üzərindəki qaynar maye ilə dolu qazan partlayıb və ərlər arvadın üzərinə dağılıb. Müxtəlif yanıq xəsarətləri alan 1987-ci il təvəllüdlü İbrahimov Rahim Tofiq oğlu və 1989-cu il təvəllüdlü İbrahimovA Fərqinə Akif qızı xəstəxanaya çatdırılıb. Hər iki şəxsə dərhal lazımi tibbi yardım göstərilib.