Ehtiyatsızlıqdan ana və körpənin üzərinə qaynar su töküldü
    • 31-10-2019, 23:11
    • 1 240

Ehtiyatsızlıqdan ana və körpənin üzərinə qaynar su töküldü

Qazaxda ana və azyaşlı övladı ehtiyatsızlıq nəticəsində yanıq xəsarətləri alıblar. 
News24.az xəbər verir ki, Qazax şəhər sakini, 1992-ci il təvəllüdlü Məlahət Kərimova və onun iki yaş yarımlıq qızı yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Onlara tibbi yardım göstərilib. 
Məlumata görə ehtiyatsızlıq nəticəsində ana və övladının üzərinə qaynar su tökülüb.