İnanılmaz fırıldaqçılıq- Düz 30 il özünü ərəb şahzadəsi kimi göstərən adamın maskası necə düşdü?
    • 10-07-2018, 13:16
    • 1 227

İnanılmaz fırıldaqçılıq- Düz 30 il özünü ərəb şahzadəsi kimi göstərən adamın maskası necə düşdü?

Bu gün News24.az çox maraqlı və inanılmaz bir hadisəni diqqətinizə çatdırır.

Kolumbiyada anadan olmuş 47 yaşlı Entoni Jinyak amerikalı bir ailə tərəfindən övladlığa götürülüb və bu ölkədə böyüyüb. 2008-ci ildə o ən nüfuzlu otel və şirkətlərə 100 min  dollar həcmində ziyan vurduğuna görə həbs edilib. Jinyak ətrafdakı adamlara özünü ərəb şahzadəsi kimi təqdim edərək  vəziyyətdən sui- istifadə etməyi bacarırdı. Elə bununla da onun saxta şahzadə karyerası başlamış oldu.

İlk məhkəmə zamanı məlum olub ki, o 1991-ci ildən etibarən saxta şəxsiyyət vəsiqələrindən istifadə edərək var-dövlət qazanıb. Mayamida pentahus və çoxlu bahalı avtomobillərə sahib olub.

Son dəfə 2017-ci ildə o amerikalı iş adamı Ceffi Saffer ilə iş birliyi zamanı fırıldağa əl atıb. O, yalandan ərz edib ki, BƏƏ-nin vəliəhdi Safferin kurortuna 440 milyon yatırım etməyi arzulayır.

Milyarderin dəvətinə yeni  diplomatik nömrəli "Ferrari" ilə təşrif buyuran fırıldaçının cibində 600 milyon dollarlıq etimadnaməni əks etdirən Dubay Bankının saxta məktubu da var idi.

Bundan sonra onlar daha bir neçə dəfə görüşüblər, lakin diqqətli milyoner görüş zamanı müsəlman şahzadənin donuz ətini heç çəkinmədən yeməsindən şübhələnib. Bundan sonra milyonerin apardığı araşdırmalar nəticəsində 30 illik şahzadənin fırıldaçı olduğu aşkarlanıb. Avqust ayında saxta ərəbə hökm oxunacaq.

İlhamə