Jurnalistin ölümündə təqsirləndirilən şahzadə Çeçenistan rəhbəri ilə Əbu-Dabi Qran-Prisində - FOTO
    • 26-11-2018, 19:05
    • 850

Jurnalistin ölümündə təqsirləndirilən şahzadə Çeçenistan rəhbəri ilə Əbu-Dabi Qran-Prisində - FOTO

Səudiyyəli köşə yazarının ölümündən sonra vəliəhd şahzadə Məhəmməd bin Salman ilk dəfə ölkə xaricinə çıxıb.

Jurnalist Camal Haşoqqinin ölümündə təqsirləndirilən şahzadə Birləşmiş Ərəb Əmirliklərinə yollanıb.

O, bazar günü Abu-Dabidə təşkil olunan Qrand Pri-də iştirak edib. Şahzadə Çeçenistan rəhbəri Ramzan Kadırov və İspaniyanın keçmiş kralı ilə görüşüb.

"Emirates Formula One Grand Prix"ə qatılan Məhəmməd bin Salman Dubayın vəliəhdi və Əmirliyin İcraiyyə Şurasının başçısı şeyx Həmdan bin Məhəmməd bin Rəşid Əl-Məktumla söhbət edərkən fotoqrafların obyektivinə tuş gəlib.

Onun tezliklə Bəhreynə də səfər edəcəyi gözlənilir.

Xatırladaq ki, "The Washington Post"da Səudiyyə Ərəbistanı əleyhinə yazılar yazan Camal Haşoqqi oktyabr ayının 2-də Səudiyyənin İstanbul baş konsulluğunda boğularaq öldürülüb, cəsədi şaqqalanıb. Hadisədən 1 aydan çox vaxt keçməsinə baxmayaraq onun cəsədi tapılmayıb. Səudiyyə jurnalistin planlı şəkildə öldürüldüyünü etiraf edib və bildirib ki, 21 nəfər həbs olunub, onlardan 5-nə ölüm hökmü verilib. ABŞ-ın Federal Kəşfiyyat Agentliyinin (CIA - The Central Intelligence Agency) araşdırmasına görə Haşoqqinin ölüm əmrini verən şəxs Səudiyyənin vəliəhd şahzadəsi Məhəmməd bin Salmandır.

//Milli.az