Küləyin sürəti güclənib, Xəzərdə dalğanın hündürlüyü artıb - YENİLƏNİB - FAKTİKİ HAVA
    • 23-05-2020, 21:35
    • 935

Küləyin sürəti güclənib, Xəzərdə dalğanın hündürlüyü artıb - YENİLƏNİB - FAKTİKİ HAVA

Saat 21:30-a olan məlumatına əsasən Daşkəsən, Zaqatala, Quba, Qusar, Şəki, Şəmkir, Mingəçevir, Kişçayda (Şəki) yağış yağıb. 

Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) yanında Milli Hidrometeorologiya Xidmətindən News24.az -a verilən məlumata görə, şimal-qərb küləyi Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 38 m/s, Bakıda 30 m/s, Neft Daşlarında 29 m/s, Pirallahı, Qum adasında 25 m/s, Sumqayıt, Ələtdə 24 m/s, Binədə 23 m/s, Zabratda 20 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 4,3 metrə çatıb.

***
19:10

Saat 19:00-a olan məlumatına əsasən Daşkəsən, Zaqatala, Quba, Qusarda yağış yağıb.

Milli Hidrometeorologiya Xidmətindən News24.az -a verilən məlumata görə, şimal-qərb küləyi arabir Neftçalada 35 m/s, Naftalanda 32 m/s, Gəncədə 28 m/s, Tovuz, Ağstafa, Tərtərdə 25 m/s, Yevlaxda 23 m/s, Ağdam, Xaçmazda 20 m/s, Şəmkirdə 19 m/s, Zərdabda 18 m/s, Yardımlıda 16 m/s, Abşeron yarımadası və Abşeron Dəniz rayonunda: Maştağada 33 m/s, Bakıda 30 m/s, Pirallahı, Qum adasında 25 m/s, Binədə 23 m/s, Ələtdə 22 m/s, Neft Daşlarında 25 m/s, Sumqayıtda 24 m/s-dək güclənib.

Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 3.2 metrə çatıb.