Əlverişsiz hava şəraiti barədə ən son məlumat
    • 21-09-2019, 21:44
    • 1 160

Əlverişsiz hava şəraiti barədə ən son məlumat

ETSN-nin Milli  Hidrometeorologiya Departamenti saat 21:00-a olan məlumatı yayıb.

News24.az xəbər verir ki, Şimal- qərb küləyi arabir Bakıda 40m/s,  Maştağada və Nefçalada 38 m/s, Sumqayıtda 34 m/s,  Naftalanda 32 m/s, Qum adasında 30 m/s, Pirallahıda və Ələtdə 28 m/s, Çilovda, Bərdədə, Tərtərdə 27 m/s, Salyanda,  Neft Daşlarında, Balakəndə 25 m/s, Gəncədə 24 m/s, Binədə 23 m/s, Ağdamda 22 m/s,  Bayıl yamacında, Zabratda 21 m/s, Nabranda, Zaqatalada, Tovuzda, Mingəçevirdə, Ağstafada 20 m/s, Yevlaxda, Ceyrançöldə, Şəkidə 18 m/s, Yevlaxda 15 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 6.3 metrə çatıb.

Quba, Qusar, Qırız, Şahdağ, Lənkəran, Lerik, Xınalıq, Astara və Yardımlıda yağış yağıb.