Müsəlman dünyası Müqəddəs Ramazan bayramını QEYD EDİR - VİDEO
    • 23-05-2020, 23:00
    • 1 941

Müsəlman dünyası Müqəddəs Ramazan bayramını QEYD EDİR - VİDEO

Bu gün Azərbaycanda müqəddəs Ramazan bayramıdır.

News24.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə aprelin 25-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə mayın 24-nə təsadüf edir.

Qeyd edək ki, Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin yerinin dəyişdirilməsi və xüsusi karantin dövründə qeyri-iş günlərinin müəyyən edilməsi haqqında qərar verib. Baş Nazir Əli Əsədovun imzaladığı qərara əsasən, Azərbaycan Respublikasının ərazisində iş və istirahət günlərinin ardıcıllığını təmin etmək məqsədilə 2020-ci ilin 27 may iş günü ilə 31 may istirahət gününün yerləri dəyişdirilib.

Xüsusi karantin dövründə xüsusi iş (əmək) rejimi olaraq 2020-ci il 29 may tarixi, habelə altıgünlük iş həftəsində çalışanlar üçün 23 və 30 may tarixləri qeyri-iş günləri müəyyən edilib.

Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!