-
- 25-05-2020, 12:26
- 1 094
Bakıda restoranda yeyib-içən 32 nəfər HƏBS EDİLDİ - FOTO - VİDEO
Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Binəqədi Rayon Polis Post Patrul Xidməti Bölüyü və 6-cı Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbir zamanı həmin obyektin sanitar-karantin rejimi qaydalarına zidd olaraq gizli fəaliyyət göstərdiyi və müştərilən qəbul edildiyi məlum olub. Restorana baxış zamanı müştərilərin sosial məsafə gözləmədiyi və tibbi maskalardan da istifadə etmədikləri aşkar edilib.
Obyektdə olan ümumilikdə 32 nəfər saxlanılaraq Binəqədi Rayon Polis İdarəsinin 6-cı Polis Bölməsinə gətiriliblər. Bölmədə həmin şəxslərlə Binəqədi Rayon Polis İdarəsinin rəhbərliyi tərəfindən profilaktik söhbətlər aparılıb və bir daha onların diqqətinə sanitar-karantin qaydalarına əməl etməyin vacibliyi çatdırılıb. Həmçinin bölmədə həmin şəxslər polislər tərəfindən tibbi maskalarla da təmin ediliblər.
Karantin qaydalarını pozan obyekt sahibi və müştərilər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi protokol tərtib olunub və onlar müvafiq qaydada ciddi cərimə ediliblər. Həmin şəxslərin diqqətinə çatdırılıb ki, növbəti dəfə sanitar-karantin qaydalarını pozduqları təqdirdə onlar barəsində inzibati qaydada həbs qərarı verilməsi üçün barələrində toplanan materiallar məhkəməyə göndəriləcək.