Çimərliklərdə və su istirahət mərkəzlərində məsafə BU QAYDADA OLACAQ
    • 26-05-2020, 14:51
    • 930

Çimərliklərdə və su istirahət mərkəzlərində məsafə BU QAYDADA OLACAQ

Çimərliklərdə və su istirahət mərkəzlərində çətir oxları və insanlar arasında fiziki məsafə qorunacaq.

News24.az xəbər verir ki, bu barədə çimərliklərdə və su istirahət mərkəzlərində koronavirus infeksiyasının (COVİD-19) profilaktikasına dair metodiki göstərişdə bildirilib.

Qeyd edilib ki, fiziki məsafənin qorunması məqsədilə çətirlərin oxlarının arasında minimal məsafə 4 m, insanlar arası fiziki məsafə isə 2 m (ailə üzvləri istisna olmaqla) olmalıdır. 

Metodiki göstərişlərdə bildirilib ki, mümkün olan ərazilərdə, döşəmədə işarələr yerləşdirilməlidir.