Həsən Ruhani İlham Əliyevə MƏKTUB GÖNDƏRDİ
    • 26-05-2020, 16:22
    • 677

Həsən Ruhani İlham Əliyevə MƏKTUB GÖNDƏRDİ

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

News24.az xəbər verir ki, təbrikdə deyilir:

"Möhtərəm cənab Prezident.
Milli bayramınız - Respublika Günü münasibətilə Zati-alinizi və Azərbaycan Respublikasının xalqını səmimi qəlbdən təbrik edirəm.
Ortaq tarixi, mədəni və dini dəyərlərə malik olan İran İslam Respublikası ilə Azərbaycan Respublikası geniş əməkdaşlıq və investisiya imkanlarına malikdirlər. Ölkələrimizdə mövcud olan siyasi iradəyə əsaslanaraq, göstərilən birgə səylər və qarşılıqlı dəstək sayəsində xalqlarımızın rifahı və mənafeyi istiqamətində böyük addımlar atıla bilər.

Ümidvaram ki, bütün dünyada və ölkələrimizdə koronavirusa qalib gələrək, ikitərəfli münasibətləri inkişaf etdirmək və razılaşmaları həyata keçirməklə beynəlxalq və regional miqyasda müxtəlif sahələrdə birgə əməkdaşlığımızı bundan sonra da davam etdirəcəyik.
Fürsətdən istifadə edərək, Allah-Təaladan Zati-alinizə möhkəm cansağlığı və müvəffəqiyyətlər, dost və qardaş Azərbaycan Respublikasının xalqına isə səadət və xoş günlər arzulayıram