Sumqayıtlıların bitməz- tükənməz yol dərdləri - VİDEO
    • 28-09-2018, 15:45
    • 772

Sumqayıtlıların bitməz- tükənməz yol dərdləri - VİDEO

Bir qrup Sumqayıt sakini news24.az redaksiyasına şikayət ünvanlayıb. Şikayətdə deyilir ki, şəhərin Yaşıldərə adlanan yaşayış massivində insanların yolu keçməsi üçün heç bir şərait yoxdur. "Dəmir yolunun ətrafını qazıb, hasar hörüblər. Yüzlərlə ailənin yaşadığı bu ərazidə sakinlərin şikayətinə baxan yoxdur. Sakinlər yolüstü və ya yeraltı keçidin qoyulmasını tələb edirlər. Lakin  nə tələbimizi eşidən var, nə də problemlərini görən".

İndi sakinlər etiraz aksiyası keçirib səslərini duyurmağı planlaşdırırlar. Ümid edirik Sumqayıt Şəhər İcra Hakimiyyəti vətəndaşların problemini görməzdən gəlməz.

Gəlin vətəndaşların şikayətlərini öz dillərindən eşidək: