Sabirabad sakinindən 4 kq-a yaxın narkotik GÖTÜRÜLDÜ
    • 29-05-2020, 12:17
    • 682

Sabirabad sakinindən 4 kq-a yaxın narkotik GÖTÜRÜLDÜ

Sabirabadda narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən News24.az-a verilən məlumata görə, Rayon Polis Şöbəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qaratəpə kənd sakini M.İsmayılovun həyətyanı sahəsində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oradan kultivasiya yolu ilə yetişdirilmiş 12 ədəd çətənə kolu, habelə 3 kiloqram 870 qram marixuana aşkar edilərək götürülüb.