Mağaza və marketlərdə maskadan istifadə etməyənlərin NƏZƏRİNƏ
    • 29-05-2020, 19:00
    • 778

Mağaza və marketlərdə maskadan istifadə etməyənlərin NƏZƏRİNƏ

“Əksər mağaza və marketlərdə maskadan istifadə tələbinə riayət olunmur”. 

News24.az-ın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.

R. Bayramlı deyib ki, tələblərə ciddi riayət olunmalıdır: “Əks təqdirdə mağaza və marketlərin sahiblərinə qarşı ciddi tədbirlər görüləcək”.
TƏBİB İdarə Heyətinin sədri qeyd edib ki, iri ticarət mərkəzlərinə də müştəri maska ilə daxil olmalıdır: “Maskalar həm burun, həm də ağızı qoruyacaq şəkildə istifadə olunmalıdır”.