-
- 30-05-2020, 00:47
- 737
Bu ölkədə koronavirusdan rekord sayda ölüm QEYDƏ ALINDI
Misirdə son sutkada koronavirusdan rekord sayda (34 nəfər) ölüm qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qeyd olunub ki, Misirdə 1 289 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb. Bununla da infeksiyanın aşkarlandığı xəstələrin sayı 22 082-ə çatıb.
Son 24 saat ərzində 34 nəfər koronovirusun yaratdığı xəstəlikdən dünyasını dəyişib. Ümumilikdə müalicə alan 879 nəfərin həyatını xilas etmək mümkün olmayıb.
Bir neçə gün əvvəl mütəxəssislər ayın sonuna qədər aşkar olunan yoluxma hallarının sayının 20 mini keçəcəyi barədə xəbərdarlıq etmişdilər.