Qərb rayonlarına yağış yağıb, dolu düşüb
    • 30-05-2020, 19:27
    • 981

Qərb rayonlarına yağış yağıb, dolu düşüb

Ölkə ərazisində faktiki hava açıqlanıb. 

Milli Hidrometeorologiya Xidmətindən News24.az -a verilən xəbərə görə, mayın 30-da saat 17:36-17:40 radələrində Daşkəsən rayonunda şimşək çaxıb, yağış yağıb, diametri 16 mm olan, saat 18:18-18:28 radələrində isə diametri 13 mm olan dolu düşüb.
      
Daşkəsən rayonunun Xoşbulaq, Quşçu Bayan, Gurbulaq, Zəyli,  Əmirvar, Kəmərli kəndlərinə də dolu yağıb.