Qəbələdə bataqlıqda qalan uşaq və heyvan sürüsü xilas edildi - YENİLƏNDİ
    • 31-05-2020, 12:57
    • 926

Qəbələdə bataqlıqda qalan uşaq və heyvan sürüsü xilas edildi - YENİLƏNDİ

Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə köməksiz vəziyyətdə qalan 1 nəfər və heyvan sürüsü Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri tərəfindən xilas edilib və aidiyyəti üzrə təhvil verilib.

News24.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

***
10:39
Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə, Türyançay çayının Qəbələ rayonunun Savalan kəndi ərazisindən keçən hissəsində, çay yatağındakı bataqlıq ərazidə 1 azyaşlının və heyvan sürüsünün (təxminən 100 baş xırdabuynuzlu) köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. 

FHN-dən News24.az -a bildirilib ki, Nazirliyin Şimal-qərb Regional Mərkəzinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Əlavə məlumat veriləcək.