Facebook hack edildi - 50 milyon istifadəçinin hesabından məcburi çıxış!
    • 29-09-2018, 10:40
    • 971

Facebook hack edildi - 50 milyon istifadəçinin hesabından məcburi çıxış!

Facebook şirkətinin komandası sosial şəbəkədə 50 milyon istifadəçiyə təsir göstərəcək sistem boşluğunu aşkar edərək onu aradan qaldırıb. Tərtibatçıların sözlərinə əsasən sözügedən xəta sosial şəbəkənin "View As” funkiyasının kodundakı boşluqdan ibarətdir.
 
Qeyd etmək lazımdır ki, bu funksiya sayəsində istifadəçi öz Facebook hesabına digər istifadəçinin gözü ilə baxmaq imkanını verir. Bu sistem boşluğu sayəsində "hacker"lər sosial şəbəkəyə daxil olma üçün nəzərdə tutulmuş tokenləri ələ keçiriblər.
 
Tokenlər dedikdə rəqəmsal açarlar nəzərdə tutulur hansılar ki, sosial şəbəkəyə təkrarən daxil olmadan sosial şəbəkədə qalma imkanını verirlər. Həmin tokenlər sayəsində "hacker"lər istifadəçilərin Facebook hesablarını ələ keçirə bilərlər. Şirkət artıq bu barədə hüquq-mühafizə orqanlarına xəbər verib və 90 milyon insanın Facebook hesabını "log out" edib.
 
Hesabları "log out" olmuş istifadəçilər sosial şəbəkəyə yenidən daxil olmalıdırlar. Facebook həmçinin müəyyən müddətə kimi "View As” funksiyasını da deaktiv edib. Bu məsələ ilə bağlı artıq istintaqa start verilib və Facebook öyrənmək istəyir ki, bu hadisə çərçivəsində insanların hesabları oğurlanıb, yoxsa yox. Bu kiberhücumun hansı ölkə trəfindən və kimlər tərəfindən edildiyi bilinmir. Facebook həmçinin bildirib ki, istifadəçilər öz hesablarının şifrələrini dəyişməyə bilərlər.
 
Mark az əvvəl açıqlamasında "Biz bu hesabların pis məqsədlə istifadə olunub olunmadığı haqqında məlumata sahib deyilik. Amma araşdırmalarımız davam edir" deyib.(aznews.az)