-
- 29-09-2018, 10:50
- 1 271
Az pulla səyahətə gedə biləcəyiniz 10 ölkə
Dünyanın ən ucuz və gözəl ölkələrinin adı açıqlanıb.
Həmin ölkələri təqdim edirikik:
1. İndoneziya - yaşamaq üçün çox rahat ölkədir. Burada yeməklərin qiyməti 1 dollardan belə ucuzdur. Ölkədə ayda 150 dollar xərcləməklə rahat yaşamaq olar.
2. Kamboca - az məbləğdə pulla səyahət edə biləcəyiniz yerlərdəndir. Burada 5 dollara balıqçılar tutduqları təzə dəniz məhsullarından sizə istədiyiniz yeməyi bişirə bilərlər. Dəniz məhsulları 1-2 dollar dəyərindədir.
3. Vyetnam - özünün geniş ərazini əhatə edən tropik meşələri ilə məşhurdur. Bu ölkə həmçinin dalğıcların sevimli məkanlarındandır. Vyetnamda aylığı 150-200 dollara ev tapmaq olar.
4. Laos - Çənub-Şərqi Asiyada yerləşir. Özünün dağları, buddist monastrları və çayları ilə məşhurdur. Gündəlik yemək xərciniz 1-5 dollar arası təşkil edə bilər.
5. Tailand - turistlər arasında məşhur yer olsa da, digər Asiya ölkələrində qiymətlər bir qədər bahadır. Evlərin aylıq kirayə haqqı 160-320 dollar arasında dəyişir. Yeməkləri isə 1-3 dollara sifariş vermək olar. Motosiklet icarəyə götürmək istəsəniz, bu, aya sizə 63-80 dollara başa gələcək.
6. Hindistan - əhalisinin çox olması, Tac-Mahal, məşhur mağaraları, məbədləri və müqəddəs yerləri ilə tanınır. Həmçinin yaşamaq üçün iqtisadi cəhətdən sərfəli yerdir. Burada iki nəfərlik evlərin aylıq icarə haqqı 100-110 dollara başa gəlir.
7. Çin - öz rəngarəngliyi, kənd təsərrüfatı və mənzərələri ilə seçilir. Ölkə böyük olmasına baxmayaraq, bir şəhərdən digərinə çox asan şəkildə getmək olar. Yeməklərin qiyməti isə 2 dollardan baha başa gəlməyəcək.
8. Nikaraqua - qənaətlə yaşamaq istəyənlər üçün əsl cənnətdir. Bu ölkədə yeməkdən başlayaraq ev kirayəsinə qədər hər şey çox ucuzdur. 1000 dollar sizə burda iki nəfərlik ev tutmağa, qulluqçu saxlamağa, hesabları, yemək pulunu ödəməyə, hətta kinoya və gəzməyə getməyə belə bəs edər.
9. Peru - Ölkənin ərazisi böyük olduğuna görə qiymətlər də regionlara münasib dəyişir. Lima şəhərində 5 dollar sizə yemək üçün bəs etdiyi halda regionlarda bu, 1-2 dollara başa gəlir.
10. Albaniya - ölkənin cənubu sakit həyat yaşamaq üçün çox gözəl yerdir. Aralıq dənizi sahilində yerləşən Albaniyada qiymətlər Yunanıstan, İtaliya və Xorvatiya ilə müqayisədə daha ucuzdur. Burada evlərin kirayə haqqı 100-120 dollar arasında dəyişir.
//Axşam.az