Bakıda bu şəxslərin "Mall"lara girişi QADAĞANDIR
    • 2-06-2020, 15:43
    • 584

Bakıda bu şəxslərin "Mall"lara girişi QADAĞANDIR

Fəaliyyəti bərpa olunan "mall"lara maska və əlcəksiz daxil olmaq qadağandır.
 
Trend yenidən fəaliyyətləri bərpa olunan iri ticarət mərkəzləri ilə əlaqə salxayaraq onların hansı qaydalarda işləmələri barədə maraqlanıb. Bakıda olan bir neçə alış-veriş mərkəzləri Nazirlər Kabinetinin göstərişlərinə əməl edərək işlədiklərini bildiriblər.
 
“Gənclik Mall” və “28 Mall”dan qeyd olunub ki, maska və əlcəklərdən istifadə etməyən şəxslərin ticarət mərkəzlərinə girişi qadağandır:
 
““Mall”ların hər bir girişi mühafizə xidmətləri tərəfindən nəzarətdədir. İçəri daxil olarkən hökmən vətəndaşın əlində əlcək, üzündə isə maska olmalıdır. Ticarət mərkəzindən olan bütün icarədarlara yazılı şəkildə bildirişlər olunub. Bildirişdə qeyd olunub ki, heyət maska və əlcəklərdən istifadə etsin. “Mall”larda audi və video şüarlar səsləndirilir, davranış qaydaları və gigiyenaya nəzarət edilməsi bildirilir”.
 
Əlavə olunub ki, əgər "mall"ların mühafizə xidmətinin əməkdaşları daxildə maskasız şəxs aşkar edərlərsə, onlardan yenidən taxmaları tələb olunacaq.
 
"Park Bulvar" alış-veriş mərkəzində də maska və əlcəksiz içəri daxil olmaq olmaz, “mall”un həftədə bir dəfə pəşəkar şirkət tərəfindən ümumi dezinfeksiya olunacağı deyilir:
 
“Ticarət mərkəzi 31 may tarixindən fəaliyyətə başlayıb. Cinema, uşaq əyləncə mərkəzləri, kafe və restoranlardan başqa digər obyektlər işlək vəziyyətdədirlər. Girişlərdə və o cümlədən mağazalarda əlləri dezinfeksiya etmək üçün aparatlar quraşdırılıb. Ticarət mərkəzi hər gün əməkdaşlarımız tərəfindən dezinfeksiya olunur.
 
Ancaq həftədə bir dəfə də, peşəkar dezinfeksiyaedici şirkət tərəfindən bu işlər görüləcək. Müştərilərə məsafənin qorunması ilə bağlı xəbərdarlıqlar olunur, “mall”un içərisində davranış qaydaları barədə anonslar səsləndirilir. İnsanların daha çox olduqları ərazilərdə afişalar asılıb və orada da virusun qarşısını almaq üçün nələrə əməl etməyimiz tələb olunur gəstərilib”.
 
"Metro Park" ticarət mərkəzi isə sosial məsafə və davranış qaydalarına əsasən yarı heyətlə fəaliyyət göstərir:
 
“Nazirlər Kabinetinin qərarında göstərildiyi kimi, müştərilər ticarət mərkəzlərinə maskasız daxil ola bilməzlər. Buna görə də, girişdə mühafizə xidmətinin əməkdaşları bu qaydalara riyayət edilməsi üçün nəzarət edirlər.
Eyni zamanda “mall”un girişində insanların hərarətini yoxlamaq üçün elektron istilik ölçən və dezinfeksiyaedici məhlullar quraşdırılıb. Bundan əlavə qeyri-iş saatlarından “mall” tam olaraq dezinfeksiya olunur. Ticarət mərkəzinin daxilində davranış qaydaları və gigiyenaya nəzarət qaydaları barədə afişalar asılıb, monitorlarda reklamlar dayandırılıb, yalnız pandemiya ilə əlaqədar şüarlar səsləndirilir”.