Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti QADAĞAN EDİLDİ
    • 2-06-2020, 18:42
    • 824

Tibbi maska taxmayanların Milli Məclisin binasında hərəkəti QADAĞAN EDİLDİ

Milli Məclisin (MM) inzibati binasına tibbi maskadan istifadə etməyən şəxslər buraxılmır.

News24.az xəbər verir ki, bu gündən MM-in inzibati binasına daxil olan şəxslərdən tibbi maska taxmaq tələb olunur.

Belə ki, Milli Məclisin əməkdaşlarının, deputatların və jurnalistlərin tibbi maska taxmadan binada hərəkəti qadağan edilib.