Tərtərdə avtomobil yolu yenidənqurmadan sonra İSTİFADƏYƏ VERİLDİ - FOTO
    • 3-06-2020, 13:31
    • 675

Tərtərdə avtomobil yolu yenidənqurmadan sonra İSTİFADƏYƏ VERİLDİ - FOTO

İyunun 3-də Tərtər rayonunda Buruc-Gülabatlı-Xoruzlu-Kəbirli-Bayandurlu-Qaradağlı avtomobil yolu yenidənqurmadan sonra istifadəyə verilib.

News24.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yolun açılışında iştirak edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına yolun texniki göstəriciləri barədə məlumat verib.