-
- 5-06-2020, 21:23
- 737
Acı yeməklər, idman və ... - 38 YAŞLI KRAL GƏLİNİNİN SİRRİ
İngiltərə kral ailəsinin gəlini Keyt Middletonun üç uşaq dünyaya gətirdikdən sonra bədən formasını necə qoruduğu bəlli olub.
News24.az xarici KİV-ə istinadən xəbər verir ki, kral ailəsinə yaxın mənbələrin verdiyi məlumata görə, 38 yaşlı K.Middelton kalorini sürətlə yandırmağa imkan verən yüksək intensivli kardio hərəkətlərinə üstünlük verir. Həmçinin o, müntəzəm tennis oynayır vəqarın əzələləri üçün məşqlər edir. Onlardan ən effektivi isə planka hərəkətidir.
Middleton qidalanmada bu prinsiplərə əməl edir: şəkər və digər şirin qidalardan istifadə edilmir, tərəvəz, meyvə, giləmeyvə və balıq üstünlük verilir.
Hər səhər ispanaq, kələm, keşniş və ya yaban mersini ilə vitamin kokteyli içir. Səhər yeməyinə, tərkibində xolesterolu azaltmağa kömək edən vitamin və minerallarla zəngin dəniz yosunu növü olan spirulina da daxildir.
K.Middelton günorta yeməyində salat yeyir. Qəlyanaltı kimi isə dərinin vəziyyətini yaxşılaşdırmaq üçün meyvələrə üstünlük verir.
Bundan əlavə, Keyt Middleton ədviyyatlı yeməyi çox sevir. Çili bibəri mədə-bağırsaq traktının fəaliyyətinə faydalı təsir göstərir, kalori yandırır və maddələr mübadiləsini sürətləndirir.