Gəncədə karantin qaydalarını pozan çörək sexi aşkarlandı - FOTO
    • 6-06-2020, 11:00
    • 906

Gəncədə karantin qaydalarını pozan çörək sexi aşkarlandı - FOTO

Ölkənin beş şəhəri üzrə bu gündən başlayaraq bazar ertəsi səhər saatlarınadək küçəyə çıxmaq qadağası olsa da, buna əməl etməyənlər var.

Daxili İşlər Nazirliyindən (DİN) News24.az-a verilən məlumat görə, Gəncənin Nizami rayonu ərazisində icazəsiz fəaliyyət göstərən çörək sexi aşkarlanıb:

“Polis əməkdaşları obyektin fəaliyyətini dayandırıb. Sexin sahibi və işçilər barəsində qanunamüvafiq tədbirlər görülür”