-
- 6-06-2020, 16:18
- 1 007
"Bu şəxslər CƏRİMƏLƏNƏCƏK" - RƏSMİ
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi icaze.e-gov.az sistemi ilə bağlı yaranan suala aydınlıq gətirib.
Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinndən News24.a-a xəbər verir ki, əvvəlcədən icazəsi olan şəxslərin icazələri hazırda aktiv deyil. Yalnız fəaliyyətinə icazə verilən qurumların möhür səlahiyyətli şəxsi sistemə daxil olaraq vaxtı bitmiş icazəni aktivləşdirdikdən sonra icazə qüvvədə olur.
Bildirilib ki, əməkdaşlar haqqında məlumatların düzgün daxil edildiyinə əmin olmaq lazımdır. Düzgün daxil olunmuş və göndərilmiş kimi qeyd olunan icazələr gün ərzində təsdiqlənir.
Yalnız vaxtı bitmiş icazələri aktivləşdirmək mümkündür. Əks halda sistemə yeni icazə kimi əlavə edilməlidir.
Məlumatda bildirilir ki, fəaliyyətinə icazə verilən sahələrin siyahısı Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarında təqdim edilib. Bu qurumlarla bağlı Operativ Qərargahın qaynar xətti ilə əlaqə saxlamaq mümkündür.
Əgər vətəndaşların fəaliyyət istiqaməti Nazirlər Kabinetinin qərarı ilə təsdiqlənmirsə, sistemdə onların icazəsi aktivləşdirilsə, belə yaşayış yerini tərk etdikləri təqdirdə karantin qaydalarının pozulmasına görə cərimələnə bilərlər. Əməkdaşın şəxsi məlumatları ilə bağlı hər hansı yanlış olarsa, bu zaman icazə ləğv edilərək yenidən yaradılmalıdır.
Qeyd edək ki, Nazirlər Kabinetinin qərarına əsasən, Bakı, Sumqayıt, Gəncə, Lənkəran şəhərlərinin və Abşeron rayonunun ərazisində 2020-ci il 6 iyun saat 00:00-dan 8 iyun saat 06:00-dək bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Qeyd olunan şəhərlər və rayonun ərazisində fəaliyyətinə icazə verilən iş və xidmət sahələrində işləyən şəxslərin və xidməti avtomobillərin hərəkətinə işəgötürən tərəfindən həmin şəxslər barədə məlumatlar elektron imzadan istifadə edilməklə “icaze.e-gov.az” portalına daxil edildikdən sonra yol verilir.