Eyvanda kabab bişirmək istədi, YANĞIN BAŞ VERDİ  - VİDEO
    • 7-06-2020, 00:27
    • 895

Eyvanda kabab bişirmək istədi, YANĞIN BAŞ VERDİ - VİDEO

Xırdalan şəhərində yanğın hadisəsi baş verib. 

Hadisə “AAAF Park” yaşayış kompleksinin 23-cü küçəsində qeydə alınıb.
Hadisə şahidlərinin sözlərinə görə, ev yiyəsi mənzilin eyvanında kabab bişirmək üçün manqal qoyub. Ani diqqətsizlik yanğının baş verməsinə səbəb olub.

Yanğın bina sakinlərinin köməkliyi ilə söndürülüb.