"Cənnət Park"dakı yanğında bir qadın xilas edildi, 15 nəfər təxliyə olundu"- FHN
    • 6-02-2020, 16:00
    • 630

"Cənnət Park"dakı yanğında bir qadın xilas edildi, 15 nəfər təxliyə olundu"- FHN

Abşeron rayonu ərazisindəki "Cənnət Park" Yaşayış Kompleksində baş verən yanğın söndürülüb.

Bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva məlumat verib.

Onun sözlərinə görə, hadisə kompleks ərazisindəki 9 mərtəbəli yaşayış binasının 5-ci mərtəbəsində, sahəsi 80 kv.metr olan 3 otaqlı yaşayış binasında baş verib. Hadisə nəticəsində mənzilin 2 otağı yanar konstruksiları ilə birlidə yanıb. Fövqəladə Hallar Nazirliyinin canlı qsvvə və texnikaları əraziyə cəlb edilib. Hadisə nəticəsində yanan mənzildən bir qadın xilas edilərək aidiyyəti üzrə təcili yardım briqadasına təhvil verilib, 15 nəfər bina sakini isə təhlükəsiz əraziyə təxliyyə edilib. Yanğının qarşısı tam alınıb.

Xatırladaq ki, bir neçə saat əvvəl Abşeron rayonunun Aşağı Qüzdək qəsəbəsindəki "Cənnət Park" yaşayış kompleksində yanğın olub. /Trend/