-
- 8-06-2020, 19:56
- 1 108
Zəhərlənmə verən meyvələri NECƏ SEÇMƏLİYİK? - VİDEOREPORTAJ - FOTOLAR
Yaz mövsümü gələr-gəlməz bütün market və bazarlarda müxtəlif mövsümə uyğun meyvələrin satışına başlanılıb.
Və sirr deyil ki, bu mövsümdə gilas, vişnə, çiyələk, qarpız kimi ətri və dadı ilə insanları özünə cəlb edən meyvələr əksər hallarda zəhərlənmələrə səbəb olur. Elə o meyvələrin dadı da damaqda qalır və insan yediyinə belə peşiman olar. Sözsüz ki, bu hal hər zaman yaşanmır, amma qəbul etməliyik ki, sadalanan mövsümü meyvələrin zəhərlənməsi çox ağır fəsadlar törədir. Bəzən bu vəziyyət insanın həyatını itirməsinə belə səbəb olur.
Bəs, görəsən sadalanan meyvələri alarkən hansı məqamlara diqqət yetirməliyik ki, sağlamlığımıza ziyan vurmasın? Özümüzü zəhərlənmədən necə sığortalamalıyıq? Məhz bu suallara cavab tapmaq üçün "elə zaman o zamandır" deyib News24.az olaraq mövzunu işləmək qərarına gəldik.
Meyvələrin görünüşü, rəngarəngliyi bizi nə qədər cəlb etsə də, onları seçərkən çox diqqətli olmalıyıq. Əks halda çox pis mənzərə ilə qarşılaşıb sağlamlığımızı ciddi şəkildə təhlükə altına ata bilərik. Çox təəssüf ki, bəzi işbazlar yay mövsümündə meyvələrin tələbatını nəzərə alaraq bu fürsətdən sui-istifadə edir və bazara keyfiyyətsiz məhsul çıxarmağa cəhd göstərirlər. Araşdırma zamanı məlum olub ki, meyvələrin saxlanılma müddəti ilə yanaşı, onun saxlanıldığı temperatur da çox vacibdir. İstehlakçıların diqqət etməli olduqları digər məqam isə meyvənin xarakterik olduğu fəsildə yetişdirilməsidir. Bəzi ticarət obyektlərində xarici görünüşcə normal, lakin vitamin baxımından kasad olan məhsullar satılır. Vaxtından əvvəl yetişdirilmiş və becərilmə zamanı süni vasitələrdən, xüsusilə də zərərli kimyəvi birləşmələrdən istifadə olunmuş meyvələrin nəinki keyfiyyəti aşağı olur, belə məhsullar hətta zəhərlənməyə də səbəb olur.
"Meyvələri sirkə və soda ilə yumaq düzgün deyil"
Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisi News24.az-a açıqlamasında zəhərlənmə faktların olmaması üçün nələrə diqqət yetirməli olduğumuzdan danışıb: "Alıcılar bu məhsulları seçərkən əlləri ilə toxuna bilərlər, bu da müxtəlif zərərvericilərə mikroorqanizmlərin keçməsinə səbəb ola bilər. Biz məsləhət görərdik ki, müştərilər yerindəcə məhsulun dadına baxmasınlar. Daha sonra alıcılar meyvəni aldığı yerə, oranın sanitar-gigiyenik normalara uyğun olub olmamasına xüsusilə diqqət yetirməlidirlər. Məhsullar günəş şuasına məruz qalmamalıdırlar. Yəni məhsul keyfiyyətli olması ilə bərabər təzə olmalıdır. Yaxşı olardı ki, alıcılar məhsulu təzə şəkildə alıb istifadə etsinlər. Məhsulun yeniliyi onun şəkilləndirməsindən aslıdır. Bir çox hallarda vətəndaşlar məhsulu sirkə ya da soda ilə yumağa üstünlük verirlər. Lakin bu çox da tövsiyyə edilmir. Ən yaxşısı məhsulu 5-10 dəqiqə ərzində ilıq suda yuyub daha sonra isə soyuq suda yaxalamaqdır. Bununla yanaşı, məhsulu yuyub onları nəmli şəkildə soyuducuda saxlamaq düzgün deyil".
Ekspertlər tövsiyə edirlər ki, meyvə alarkən onun zədəli olub-olmamasına və rənginin dəyişib-dəyişməməsinə diqqət etmək lazımdır. Çünki məhsulların zədələnməsi onların korlanma prosesini daha da sürətləndirir. Odur ki, çalışaq gözəlliklə yanaşı aldığımız məhsulun keyfiyyətinə də önəm verək.
Sevda Bayramova
VİDEO - FOTO: Nurlan GM